Yavər Camalov “İDEX-2015” sərgisində bir neçə ölkənin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb

Yavər Camalov “İDEX-2015” sərgisində bir neçə ölkənin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb
# 27 fevral 2015 15:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sənayesi sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 170-dən artıq müdafiə təyinatlı məmulat nümayiş etdirilib.

MSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə “İstiqlal-1T”, “Mübariz”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, ”Şimşək-10” hücum pulemyotu, müxtəlif növ döyüş sursatları ilə yanaşı, ilk dəfə nümayiş etdirilən məmulatlardan NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah böyük maraqla qarşılanıb.

Səfər çərçivəsində nazir Yavər Camalovun “İDEX-2015” sərgisinə qatılan Türkiyə, ABŞ, Almaniya, Fransa, Braziliya, Cənubi Afrika, Çin, Çexiya və digər ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri olub. Mövcud və yeni əməkdaşlıqlara dair danışıqlar aparılıb.

MSN-nin əməkdaşları sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi barədə məlumat veriblər.

Qeyd edək ki, MSN iki ildən bir keçirilən “İDEX” sərgisində ikinci dəfə iştirak edib. “İDEX-2015” beynəlxalq sərgisinə dünyanın 55 ölkəsindən 1162 şirkət qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR