Altıağacda yanğın olub

Altıağacda yanğın olub
# 30 iyul 2014 16:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Xızı rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Altıağac ərazisində (rayon mərkəzindən 34 km aralı) rayon bələdiyyəsinə məxsus ərazidə meydana gəlib.

Yanğın nəticəsində 250 ha sahədə qamışlıq və quru ot yanıb. Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR