Ukrayna aviasiyası separatçıların iki dayaq məntəqəsini məhv edib

Ukrayna aviasiyası separatçıların iki dayaq məntəqəsini məhv edib
# 19 iyul 2014 18:54 (UTC +04:00)

Bakı-APA. Ukraynanın şərqində Antiterror Əməliyyat qüvvələri separatçıların iki dayaq məntəqəsini məhv edib. APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə “İnformasiya müqaviməti” qrupunun rəhbəri Dmitri Tımçuk bildirib.

“Gün ərzində Antiterror Əməliyyat qüvvələrinin aviasiyası separatçıların mövqelərinə zərbələr endirərək, onlara məxsus iki dayaq məntəqəsini məhv edib”, deyə o bildirib.

Onun sözlərinə görə, aviasiyanın zərbələri nəticəsində separatçıların silah-sursat anbarı, hərbi texnikası və canlı qüvvəsi məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR