İranlı deputat: “Dünən azərbaycanlıları, bu gün mazandaranlıları təhqir edən media sabah kimi aşağılayacaq?”

İranlı deputat: “Dünən azərbaycanlıları, bu gün mazandaranlıları təhqir edən media sabah kimi aşağılayacaq?”
# 11 aprel 2013 10:37 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran televiziyalarının birində yayımlanan “Paytaxt” teleserialında Mazandaran vilayətində yaşayan və mazəni dilində danışan millətin danışığının təhqir edilməsinə bu vilayətin mərkəzi Sari şəhərindən İran parlamentinə deputat seçilən Məhəmməd Damadi etiraz edib.

APA-nın İranın “Aftabnews” saytına istinadən məlumatına görə, M.Damadi parlamentdə çıxış edərək, mazandaranlıların danışığının aşağılanmasını ayıb iş adlandırıb: “Halbuki mazandaranlılar hər zaman paytaxtda oturanların qurbanı olub. Onlar mazandaranlıların torpaqlarını qəsb edərək, əməklərini heçə sayırlar. Onlar nə anlayırlar ki, isti və nəmli havada düyü tarlalarında çalışmaq nə deməkdir? Paytaxtdakılar isti havalarda öz villalarında kondisionerin altında oturub ssenari yazırlar. Dünən azərbaycanlıları, bu gün mazandaranlıları, sabah hansı qövmü təhqir edəcəklər? Düyülərimizi, torpaqlarımızı alıb, o torpaqlarda öz villalarını tikib millətimizi məhv etdilər. İndi isə bizi aşağılayırlar. Xəbərdarlıqlarımıza baxmayaraq, İran mediasının etdiyini Afrikanı istismar edən Avropa müstəmləkəçiləri belə etməyib. Bunların aşağıladığı ləhcənin olduğu bölgə Seyid Müctəba Ələmdar, Bəsir və Tusilər yetişdirib. Mazandaranın “Kərbəlayi-25” qoşununun unudulmaz qəhrəmanları var. Belə ssenarilər yazanda heç düşünürlərmi ki, bizim işçilər Novruz bayramında öz maaşlarını almayıblar?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR