Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi olan kitabda “Özbək mətbuatında Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinə təqdim edilən məqalələr əksini tapıb.
Daşkənddəki "Davr press" nəşriyyatında nəşr olunan kitab özbək və rus dillərindədir. Kitabın ön sözünün müəllifi Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.