BMT İnkişaf Proqramının mütəxəssisləri Azərbaycana gələcəklər

BMT İnkişaf Proqramının mütəxəssisləri Azərbaycana gələcəklər
# 30 aprel 2015 08:41 (UTC +04:00)

BMT mütəxəssisləri Ermənistan işğalı nəticəsində dəyən zərərin hesablanması üçün işçi qrupun mütəxəssislərinə təlim keçəcəklər

Bakı - APA. BMT İnkişaf Proqramının xətti ilə 2 nəfər mütəxəssis – Hoseyn Kalalı və Vesna Markoviç Daşoviç Azərbaycana səfər edəcəklər.

Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupundan APA-ya verilən məlumata görə, Hoseyn Kalalı və Vesna Markoviç Daşoviçin işçi qrupun mütəxəssisləri üçün təlim proqramlarının keçirilməsi məqsədilə Xarici İşlər Nazirliyi və işçi qrupun birgə təşkilatçılığı ilə may ayının birinci yarısında Azərbaycana gəlməsi planlaşdırılır.

Təlim proqramının keçirilməsi Ermənistan işğalı nəticəsində Azərbaycana və ölkə vətəndaşlarına dəyən zərərlərin beynəlxalq standartlara əsaslanaraq qiymətləndirilməsinin yüksək səviyyədə aparılmasını təmin etmək məqsədini daşıyır.

Qeyd edək ki, Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində tarix və mədəniyyət abidələrinə, əhalinin mülkiyyətinə, ətraf mühitə və təbii sərvətlərə, eləcə də milli-mənəvi dəyərlərlə yanaşı, genofonda vurulan zərərin həcmi işçi qrup tərəfindən hesablanaraq başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR