Kerri və Lavrovun görüşündə Nemtsovun qətli müzakirə olunacaq

Kerri və Lavrovun görüşündə Nemtsovun qətli müzakirə olunacaq
# 02 mart 2015 07:48 (UTC +04:00)

Bakı – APA. ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün Cenevrədə keçiriləcək görüşündə Boris Nemtsovun qətli müzakirə olunacaq. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, C. Kerri Cenevrəyə yola düşərkən bildirib ki, qətlin açıq, hərtərəfli və dəqiq araşdırılması vacibdir. O qeyd edib ki, təkcə icraçıları yox, sifarişçiləri və təşkilatçıları da tapmaq zəruridir: “Amerika Nemtsovun öldürülməsindən kədərlənib. Ümid edirik ki, Rusiya hakimiyyət orqanları açıq və etibarlı təhqiqatın aparılmasının vacibliyi barədə dünya ictimaiyyətinin rəyinə qatılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR