Ali məktəblərin boş plan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır

Ali məktəblərin boş plan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
# 19 avqust 2015 08:03 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, proses bu gün saat 00.00-da başa çatacaq.

18 avqust saat 17.00-a olan məlumata görə 14 812 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib.

İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR