Kemeron: “ Britaniya əhalisinin iradəsi həyata keçirilməli olan bir təlimatdır”

Kemeron: “ Britaniya əhalisinin iradəsi həyata keçirilməli olan bir təlimatdır”
# 24 iyun 2016 15:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Britaniya əhalisi Avropa İttifaqından ayrılmağa səs verdi və onların iradəsinə hörmət edilməlidir”.

APA-nın xəbərinə görə, bu barədə Devid Kemeronun Böyük Britaniyada dünən keçriilən referendumun nəticələri ilə bağlı bəyənatında deyilir.

D. Kemeron bəyanatda kampaniya boyunca onun tərəfində duranlara təşəkkür edib və “Brexit” tərəfdarlarını isə təbrik edib.

“ Britaniya əhalisinin iradəsi həyata keçirilməli olan bir təlimatdır. Bu qərar qeyri-ciddi formada qəbul edilməyib. Çünki bu qərarın əhəmiyyəti barədə çox sayda müxtəlif təşkilatlar fikir bildirib. Ona görə də nəticələrlə bağlı heç bir şübhə ola bilməz. Bütün dünyada insanlar Britaniyanın etdiyi seçimi izlədi. Mən bazarları və investorları bir daha əmin etmək istəyirəm ki, Britaniya iqtisadiyatı fundamental olaraq güclüdür.

Mən, həmçinin, Avropa ölkələrində yaşayan britaniyalıları və burda yaşayan Avropa vətəndaşlarını əmin etmək etmək istəyirəm ki, onların vəziyyətlərində birbaşa dəyişikliklər olmayacaq. İnsanlarımızın səyahət etmələrində, əmtəə və xidmətlərin hərəkəti ilə bağlı ilkin dəyişiklik olmayacaq”.

Bəyanatda, həmçinin, qeyd edilib ki, Böyük Britaniya indi Avropa İttifaqı ilə dialoqa hazır olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR