Azərbaycanın FİFA hakimliyinə namizədlərinin siyahısı müəyyənləşib

Azərbaycanın FİFA hakimliyinə namizədlərinin siyahısı müəyyənləşib
# 26 oktyabr 2015 15:15 (UTC +04:00)

Bakı – APA. 2016-cı il üçün Azərbaycanın FİFA hakimliyinə namizədlərinin siyahısı müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, yeni siyahıda heç bir dəyişiklik edilməyib.

Bu isə o deməkdi ki, 2015-ci ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edən ədalət təmsilçilərinin adları yenidən FİFA-ya göndərilib.

Ali futbol qurumuna 21 referinin adı təqdim edilib. FİFA təsdiqlədikdən sonra Azərbaycanı qarşıdakı ildə beynəlxalq arenada baş hakim kimi Əliyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədov təmsil edəcəklər.

Qadın referilərimizdən isə Səbayel Qurbanova və Yuliya Qurbanova baş hakim funksiyasını yerinə yetirəcək.

Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov

Referi köməkçiləri: Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşimov, Vaqif Musayev, Rza Məmmədov

Futzal üzrə FİFA referiləri: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov

Çimərlik futbolu üzrə FİFA referiləri: Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyeva

Qadın FIFA referiləri: Səbayel Qurbanova, Yuliya Qurbanova

Qadın FIFA referi köməkçiləri: Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Lamiyyə Sadıqova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR