Kiyevdə keçirilən etnik xalqların birgəyaşayışı ilə bağlı beynəlxalq seminarda milli tolerantlığın Azərbaycan modelinin tətbiqi təklif olunub

Kiyevdə keçirilən etnik xalqların birgəyaşayışı ilə bağlı beynəlxalq seminarda milli tolerantlığın Azərbaycan modelinin tətbiqi təklif olunub
# 10 iyul 2015 12:50 (UTC +04:00)

Ukrayna Millətlər Assambleyasından APA-ya verilən məlumata görə, konfransda MDB və Avropanın bir sıra hökumət və qeyri hökumət təşkilatlarından 65 nümayəndə və ekspert iştirak edib.

Tədbirin təşkilatçılarından olan Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri sədri Rövşən Tağıyev bildirib ki, Ukrayna Millətlər Assambleyası bu ölkədə yaşayan etnik xalqların hüquqlarının qorunması, onların ölkənin ictimai - mədəni həyatına inteqrasiya mexanizminin qanunvericilik bazasının işlənilib hazırlanması üçün Ukraynanın bir sıra şəhərlərində seminarların keçirilməsinə start verib.

Tədbir iştirakçılarının diqqətini Azərbaycanda milli, dini tolerantlığın aliliyinə göstərilən xüsusi diqqət və qayğıya yönəldən Beynəlxalq Sərhədsiz İnsan Hüquqları təşkilatının direktoru Villi Fotre Villi Fotre dünyada bu işlə məşğul olan mütəxəssis kimi millətlər siyasətinin düzgün tətbiqi sahəsində Azərbaycan modelindən nümunə kimi yararlanmağı təklif edib. O, Azərbaycanda bu mövzunu dərindən araşdıraraq, ingilis dilində 2 kitab nəşr etdiyini də xatırladıb: “Mən Azərbaycanda da olmuşam. Həqiqətən Azərbaycan bir çox millətlərin yaşadığı mehriban bir ailəni xatırladır. Azərbaycanın sürətlə inkişaf etməsinin kökündə milli birlik və bir-birinə qarşılıqlı hörmət prinsipləri dayanır. Ermənistan Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraq, hələ də bu ölkədə 30 mindən çox erməni yaşayır. Azərbaycan müxtəlif xalqların mədəni irsini özündə qoruyub yaşadan milli dini tolerantlıq mərkəzidir”.

Daha sonra çıxış edənlər Fridrix Ebert fondunun Ukrayna təmsilçisi Mariya Koval, Ukrayna Siyasi təhlillər və menecment institutunun direktoru Ruslan Bortnik və digər mütəxəssislər Villi Fotrenin təklifinə dəstək veriblər, MDB və Avropa ölkələrində yaşayan azsaylı xalqların milli,mənəvi dəyərlərinin inkişaf etdirilməsi,onların hüquqlarının qorunması, demokratik dövlət quruculuğu prosesində milli,dini tolerantlığın inkişafına xüsusi diqqətin yetirilməsi məsələləri ətrafında geniş müzakirə aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR