Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək
# 21 iyun 2016 12:02 (UTC +04:00)

Bakı - APA. Gənclər və idman naziri Azad Rəhimov iyunun 24-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda, Abşeron, Qobustan, Sumqayıt, Şamaxı və Xızı sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Sumqayıt Tarix Muzeyində (Sumqayıt şəhəri, Heydər Əliyev prospekti,4-cü mikroroyon ) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayonların (şəhər) Gənclər və İdman idarələri ilə əlaqə saxlamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR