Dövlət Komissiyasının sədri Abid Şərifov yanğın baş verən ərazidə olub

Dövlət Komissiyasının sədri Abid Şərifov yanğın baş verən ərazidə olub
# 22 may 2015 06:45 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, o, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla birlikdə əraziyə baxış keçirib, binada təmir-bərpa işlərinə hazırlıqla bağlı göstərişlər verib.

Qeyd edək ki, binanın bərpa olunması ilə bağlı qərar qəbul edilib. Artıq bununla bağlı hazırlıqlara başlanılıb.

Onu da qeyd edək ki, mayın 19-da Azərbaycan paytaxtında, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR