Bakının iki mərkəzi yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının iki mərkəzi yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 01 iyun 2015 14:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 22:00-dan səhər saatlarınadək Yasamal rayonu İnşaatçılar prospekti və Landau küçəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR