Salyanda 7 yaşlı oğlan itkin düşüb

Salyanda 7 yaşlı oğlan itkin düşüb
# 31 avqust 2015 17:13 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda 7 yaşlı oğlan itkin düşüb, onun Kür çayında boğulduğu ehtimal olunur.

Salyan Boranıkənd kənd icra nümayəndəsinin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Salyan rayonunun Boranıkənd kənd sakini 2008-ci il təvəllüdlü Rzayev Lazım Ayət oğlu bir neçə gündür ki, itkin düşdüyü bildirilir.

Eyni zamanda uşağın valideynləri və kənd sakinləri ehtimal edirlər ki, uşaq Kür çayında boğula bilər. Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin Sularda xilasetmə xidmətinin dalğıcları tərəfindən çayda axtarışlar aparır.

Həmçinin hüquq-mühafizə orqanları itkin düşmüş uşağın axtarışlarını davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR