Ombudsmanın nümayəndələri Göyçay Polis Şöbəsinin saxlama yerində olublar

Ombudsmanın nümayəndələri Göyçay Polis Şöbəsinin saxlama yerində olublar
# 24 avqust 2015 10:17 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı saxlama şəraitinin araşdırılması məqsədilə MSY-nin müvafiq otaqlarına baxış keçirilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş, sovqat və telefon danışıqları, kameradan çıxarılma ilə bağlı sənədləşmə yoxlanılıb, habelə MPQ üzvləri tərəfindən həmin müəssisədə saxlanılan şəxslər fərdi qaydada qəbul edilmiş, onlarla təkbətək söhbətlər aparılıb.

MSY-də saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib.

Həmin müəssisənin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR