Bina və fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi sahəsində yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti azaldılıb

Bina və fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi sahəsində yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti azaldılıb
# 19 mart 2015 09:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda bina və fərdi yaşayış evləri ilə bağlı tikintiyə icazə verilməsinin ümumi qaydaları çərçivəsində səlahiyyətli icra orqanları müəyyənləşib.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanına əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, yerli icra hakimiyyəti orqanları tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və yerli icra hakimiyyəti orqanları tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərirdi. Həmin sorğuya 1 ay müddətində rəy bildirilməli idi və bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, yerli icra hakimiyyəti orqanları orqanı iradların olmaması prezumpsiyasından çıxış edirdi.

Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” fərmanına etdiyi dəyişikliyə əsasən bu sahədə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri azaldılıb. Başqa sözlə, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, yerli icra hakimiyyəti orqanları tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və artıq yerli icra hakimiyyəti orqanları deyil, Nazirlər Kabineti tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərəcək. Həmin sorğuya isə yenə 1 ay müddətində rəy bildirilməlidir və bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, yerli icra hakimiyyəti orqanları iradların olmaması prezumpsiyasından çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR