Bakı-Sumqayıt elektrik qatarı üçün tariflər müəyyənləşdirilib - VİDEO

Bakı-Sumqayıt elektrik qatarı üçün tariflər müəyyənləşdirilib - <span style="color: red;">VİDEO
# 14 sentyabr 2015 16:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Tarif (qiymət) Şurasının bu gün – sentyabrın 14-də keçirilmiş iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib.

Tarif Şurasından APA-ya verilən məlumata görə, Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla, 20-70 qəpik arasında təsdiq edilib.

Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

Qeyd edək ki, nəqliyyat sıxlığının aradan qaldırılması və tıxacların qarşısının alınması, əhalinin ictimai nəqliyyatdan istifadəsinin sadələşdirilməsi və rahatlığının təmin edilməsi məqsədilə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmuş və yeni qatarlar alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR