Bakıda istintaq altında olan şəxs ölüb

Bakıda istintaq altında olan şəxs ölüb
# 09 iyun 2016 08:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda təqsirləndirilən şəxs xəstəlikdən ölüb.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

İstintaq altında olan Cahangir Vüqar oğlu Nadirovun saxlanıldığı istintaq təcridxanasında səhhəti qəfildən pisləşib.

O, dərhal müalicə müəssisinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, C. Nadirov xəstəlikdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR