Gədəbəydə iki avtomobil toqquşub, yaralı var

Gədəbəydə iki avtomobil toqquşub, yaralı var
# 21 avqust 2015 19:16 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA. Gədəbəydə bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə bu gün axşam saatlarında rayonun Qaramuradlı kəndi yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü İdris İsmayılovun idarə etdiyi “QAZel” markalı avtomobillə Gədəbəy rayon sakini, 1993-cü il təvəllüdlü Vüsal Musayevin idarə etdiyi “VAZ2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “QAZel”in sürücüsü İ. İsmayılov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR