Bakıda piyadanı öldürərək hadisə yerindən qaçan sürücü tutulub - VİDEO

Bakıda piyadanı öldürərək hadisə yerindən qaçan sürücü tutulub - <span style="color: red;">VİDEO
# 29 aprel 2015 06:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan və yerindən qaçan sürücü tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Cinayət Axtarış İdarəsi və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də saat 05:30 radələrində Hövsan-Türkan yolunda Hövsan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Teymur Əlimövsüm oğlu Mahmudovu avtomobillə vurub öldürməklə hadisə yerindən qaçmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Vüsal Məhərləm oğlu Paşayev idarə etdiyi “Daevoo Nexia” markalı avtomobillə birlikdə müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR