Hafiz Hacıyev: “Əli Kərimli 10-15 günə istintaqda ifadə verməlidir”

Hafiz Hacıyev: “Əli Kərimli 10-15 günə istintaqda ifadə verməlidir”
# 16 aprel 2013 11:07 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Məndə olan məlumata görə, təxminən 10-15 günə Əli Kərimli istintaqa ifadə verməlidir”. APA-nın məlumatına görə, bunu Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

MMP sədri bildirib ki, AXCP sədri Əli Kərimlinin Elçibəyi zəhərləməsi ilə bağlı iddiası üzrə istintaq aparılır. İstintaqda 110 nəfərə yaxın şahidin dindirildiyini deyən H.Hacıyevin sözlərinə görə, bu proses davam edir: “O cümlədən Əbülfəz Elçibəyi Türkiyədə müalicə edən həkimlərin ifadəsi alınıb. Verilən şahid ifadələrində tam sübuta yetirilib ki, Əbülfəz Elçibəy Əli Kərimlinin evində keçirilən ad günündə zəhərlənib. Təsəvvür edin ki, Əli Kərimli artıq “içəri”dədir. Onun məsələsi bitib. Elçibəyin qardaşı oğlu da bu barədə ciddi açıqlamalar verdi. Buna da uyğun olaraq hüquq-mühafizə orqanları müəyyən işlər görür. Məndə olan məlumata görə, təxminən 10-15 günə Əli Kərimli istintaqda ifadə verməlidir. Hazırda şahid ifadələrinə əsasən istintaq aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR