Donald Tramp ABŞ-da yaşayan müsəlmanlara xüsusi vəsiqələrin verilməsini təklif edib

Donald Tramp ABŞ-da yaşayan müsəlmanlara xüsusi vəsiqələrin verilməsini təklif edib
# 20 noyabr 2015 03:25 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə namizəd milyarder Donald Tramp ölkədə yaşayan müsəlmanlara xüsusi şəxsiyyət vəsiqələrinin verilməsini təklif edib. APA-nın “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, bu barədə Tramp “Yahoo News”a müsahibəsində bildirib.

“Biz əvvəl atmadığımız addımlar atmalıyıq. Bu qərar bəzilərinin qanını qaraldacaq, lakin mən düşünürəm ki, hamı təhlükəsizliyin öz şərtlərini diktə edəcəyini anlayır”, deyə Tramp bildirib.

Prezidentliyə namizəd ölkədəki müsəlmanların xüsusi məlumat bazasının yaradılmasını, onlara dini mənsubiyyəti ilə bağlı qeydin olacağı xüsusi şəxsiyyət vəsiqəsinin verilməsini istisna etməyib. “Biz çox şeyə ciddi diqqət yetirməli olacağıq. Biz həmçinin məscidlərə də diqqət yetirməli olacağıq”, deyə Tramp vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp Parisdəki terror aktlarına cavab olaraq ABŞ-dakı bütün məscidləri bağlamağı təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR