Heydər Əliyev Fondunun dəstəyi ilə məcburi köçkün ailələri üçün inşa edilmiş binanın açılışı olub

Heydər Əliyev Fondunun dəstəyi ilə məcburi köçkün ailələri üçün inşa edilmiş binanın açılışı olub
# 10 may 2015 17:47 (UTC +04:00)

Bakı-APA. Bu gün Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə məcburi köçkün ailələri üçün inşa edilmiş binanın açılışı olub.

APA-nın Fondun saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Yeni binada Xırdalan ət kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından məcburi köçkün ailələri yerləşdirilib. Bina 9 mərtəbə və avtodayanacaqdan ibarətdir. Üçbloklu binanın inşasına 2014-cü ilin iyununda başlanılıb.

Mehriban Əliyeva Kəlbəcər rayonundan məcburi köçkün Niyazi Ələkbərovun mənzilində yaradılmış şəraitlə tanış olub.

Qeyd edək ki, binada ümumilikdə, 126 mənzil var. Onlardan 42-si bir, 60-ı iki, 24-ü isə üçotaqlıdır. Mənzillər mebellə təmin edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, həmçinin yüksək keyfiyyətli liftlər quraşdırılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR