Rusiyada axtarışda olan şəxslər Azərbaycanda həbs edilib

Rusiyada axtarışda olan şəxslər Azərbaycanda həbs edilib
# 11 aprel 2015 11:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxslər Azərbaycanda həbs edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Kənan Əliyev və 131-ci maddəsi (zorlama) ilə axtarışda olan Xəqani Məhərrəmov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR