Namiq Xəlilov: "Manatın devalvasiyası sığorta şirkətlərinə problem yaratmayıb"

Namiq Xəlilov: "Manatın devalvasiyası sığorta şirkətlərinə problem yaratmayıb"
# 06 aprel 2015 11:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan manatının devalvasiyaya uğraması sığorta şirkətləri üçün problem yaratmayıb.

APA-Economics”in məlumatına görə, bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov jurnalistlərə deyib.

“Sığorta şirkətlərinin öhdəlikləri, ehtiyatları, ödənişləri manatla olduğundan onlar devalvasiyanın təsirini hiss etməyiblər. Sığorta şirkətləri üçün məzənnə riski olmayıb”, - deyə N. Xəlilov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR