Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi  artıb
# 15 aprel 2015 12:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2015-ci il martın 1-nə 20 115,17 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 841,7 mln. manat və ya 4,37% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda yanvar ayı ilə müqayisədə bu ilin fevralında geniş mənada pul kütləsi 453,3 mln. manat və ya 2,20% azalıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 517,7 mln. manat və ya 15,61% azalaraq martın 1-nə 13 607 mln. təşkil edib, fevral ayında isə 2,6 mln. manat və ya 16,2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR