Sabah Azərbaycanda 27 dərəcə isti olacaq - VİDEO

Sabah Azərbaycanda 27 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 16 may 2015 09:54 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 19-24 dərəcə isti olacaq.

Mayın 17-də bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 22-27, dağlıq və dağətəyi rayonlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR