Türkiyədə iki avtomobil toqquşub, Azərbaycan vətəndaşı xəsarət alıb

Türkiyədə iki avtomobil toqquşub, Azərbaycan vətəndaşı xəsarət alıb
# 13 sentyabr 2016 13:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Türkiyənin İqdır vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan vətəndaşı xəsarət alıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Sevər Rüstəmoğlunun idarə etdiyi minik avtomobili İqdır-Naxçıvan magistralının Daşburun kəndi yaxınlığında qarşıdan gələn Heydər Kayanın idarə etdiyi yük avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Verilən məlumata görə, xəsarət alanlar arasında Azərbaycan vətəndaşı Sərxan Vəliyev də olub.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR