UEFA Apelyasiya Komitəsi Xorvatiyanın şikayətini qəbul etməyib

UEFA Apelyasiya Komitəsi Xorvatiyanın şikayətini qəbul etməyib
# 18 sentyabr 2015 20:22 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, xorvatlar Avro-2016-nın seçmə mərhələsi oyunlarında silinmiş 1 xalın bərpası üçün müraciət etmişdilər. İtaliya millisinə qarşı oyunda meydançada əks olunmuş svastikaya görə cəzalandırılmış balkanlılara həm də iki oyunu azarkeşsiz oynamaq cəzası və 100 min avro da pul cəzası verilmişdi.

Apelyasiya Komitəsi instidenti təkrar araşdırdıqdan sonra xal silinməsinin qüvvədə qalmasını məqbul bilib.

Xorvatiya millisi hazırda Azərbaycan yığma komandasının da yer aldığı qrupda 14 xalla 3-cü pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR