Dünya Bankı: Xəzər dənizi ilə Qara dəniz arasında nəqliyyat dəhlizi yaradacağıq

Dünya Bankı: Xəzər dənizi ilə Qara dəniz arasında nəqliyyat dəhlizi yaradacağıq
# 01 aprel 2015 07:56 (UTC +04:00)

Bu sözləri APA-nın Gürcüstan müxbirinə açıqlamasında Dünya Bankının (DB) Cənubi Qafqaz ölkələri üzrə rəsmi nümayəndəsi Əhməd Eyveyda bildirib.

"Bu, Xəzər dənizi ilə Qara dəniz arasında əlaqə yaradacaq. Buna görə də Bakıdan başlayaraq Gəncə və Tiflis də daxil olmaqla, Qara dənizə qədər ərazilərdən keçəcək avtomobil yollarını yüksək səviyyədə reabilitasiya edəcəyik. Artıq bu layihənin həyata keçirilməsinə başlanılıb. Layihə üçün 1 milyard dollardan çox investisiya yatırmışıq. Bildirim ki, bu investisiyaya dəniz nəqliyyatı və dəmiryolu xətti, avtomobillərin hərəkət etdiyi magistral yollar daxildir. Biz elə edəcəyik ki, bu yollar yüksək keyfiyyətli olsun və hamı rahat yollardan istifadə etsin", - deyə Ə. Eyveyda qeyd edib.

Onun sözlərinə görə, DB Azərbaycanın bölgələrdəki yollarını da bərpa edəcək: "Bu layihə Xəzər dənizinin cənub bölgəsinə aiddir. Adıçəkilən bölgədəki bu yolları da yüksək keyfiyyətlə bərpa etdikdən sonra bu yollar magistral yola birləşdirəcək".

Bakıdakı dəniz limanının Ələt limanına köçürüləcəyini xatırladan Ə. Eyveyda əlavə edib ki, burada yüksək standartlara cavab verən logistika sahəsinə xidmət edəcək dəniz limanı tikiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR