Yanacaqdoldurma məntəqəsində bıçaqlaşma olub

Yanacaqdoldurma məntəqəsində bıçaqlaşma olub
# 13 aprel 2013 11:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda yanacaqdoldurma məntəqəsində bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 11-i saat 16 radələrində Maştağa-Nardaran şosesində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Həmin məntəqədə işləyən Taleh Ağayev şəxsi münasibətlər zəminində Elman Kərimova bıçaq xəsarəti yetirib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində T. Ağayev aprelin 12-də tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR