Moskvada Qırmızı meydanda Qələbə paradının ikinci məşqi keçirilib - VİDEO

Moskvada Qırmızı meydanda Qələbə paradının ikinci məşqi keçirilib - <span style="color: red;">VİDEO
# 05 may 2015 03:32 (UTC +04:00)

Bakı-APA. Rusiyanın paytaxtı Moskvada Böyük Vətən Müharibəsinin 70-ci ildönümünə həsr olunmuş paradın ikinci məşqi keçirilib.

APA-nın “Interfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Parada hazırlıq məşqində 15 mindən çox hərbçi iştirak edib. Mexanikləşdirilmiş dəstənin tərkibində onlarla müasir zirehli texnika yer alıb.

Müdafiə nazirliyində qeyd ediblər ki, Qırmızı Meydanda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, Monqolustan, Serbiya və Çin hərbçiləri keçid ediblər.

9 may paradının son məşqi mayın 7-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR