Ağcabədidə ata oğlunu bıçaqlayıb - VİDEO

 Ağcabədidə ata oğlunu bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 22 avqust 2015 09:05 (UTC +04:00)

Ağcabədi. Teymur Zahidoğlu – APA. Ağcabədi rayonunda ata oğlunu bıçaqlayıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağcabədi şəhəri, Babək küçəsi ev 11-də baş verib. Ailə münaqişəsi zəminində 1958-ci il təvəllüdlü Niyazi Ağayev 1989-cu il təvəllüdlü oğlu Fərhad Ağayevə iki bıçaq zərbəsi vurub. Qarın nahiyəsinin sol tərəfindən yaralanan F. Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR