Gürcüstan vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Gürcüstan vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 18 may 2015 09:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Emil Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Rauf Əliyevin sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası mayın 25-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyulun 25-də Q.Qarayev prospektində üzərində zorakılıq əlaməti görünən (baş nahiyəsinin küt alətlə əzilmiş xəsarət olan) təxminən 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi və Rayon Prokurorluğu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qətlə yetirilən şəxsin Gürcüstan vətəndaşı, 1966-cı il təvəllüdlü Zviadi Kentçoşvili olduğu müəyyən edilib.

Hadisəni törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Emil Xudaverdiyev isə respublikadan qaçmaq istəyərkən Qazax sərhəd keçid məntəqəsində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR