Şəkidə 64 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Şəkidə 64 yaşlı qadın sirkə turşusundan zəhərlənib
# 07 oktyabr 2014 07:59 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda 64 yaşlı qadın sirkə turşusundan zəhərlənib. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 6-da gecə saat 23:10 radələrində rayonun Kiş kənd sakini, 1950-ci il təvəllüdlü Züleyxa Əsabəli qızı Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Müayinədən sonra məlum olub ki, 64 yaşlı qadın sirkə turşusu qəbul edib.

Z. Abbasovaya xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan o, müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR