Səfir Tofiq Zülfüqarov: “Prezidentlərin qarşılıqlı səfərləri üzərində işləyirik” - VİDEO

Səfir Tofiq Zülfüqarov: “Prezidentlərin qarşılıqlı səfərləri üzərində işləyirik” - <span style="color: red;">VİDEO
# 08 iyul 2014 12:45 (UTC +04:00)

"Prezidentlərin növbəti səfərləri üzərində istəyirik. Estoniya-Azərbaycan siyasi əlaqələri çox aktivdir. Estoniyanın iqtisadi potensialı olduqca güclüdür, bu baxımdan Azərbaycanla iqtisadi münasibətlərin inkişafında maraqlıdır və bır sıra layihələr təklif etməyə hazırdır. Estoniyada informasiya texnologiyalar; çox inkişaf edib və Azərbaycan hökuməti bu sahənin inkişafına böyük diqqət yetirdiyinə görə perspektivdə iki ölkənin məhz bu sahədə əməkdaşlığı gözlənilir" . Bu fikirləri APA TV-yə açıqlamasında Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov deyib.


"Daha çox informasiya texnologiyalarının tətbiqi, Estoniyadan Azərbaycana yeni texnologiyaların gətirilməsi, ASAN xidmətin tətbiq etdiyi proqram çərçivəsində Estoniya təcrübəsinin öyrənilməsi və bir sıra iqtisadi layihələrin birgə işlənməsi üzərində iş aparırıq. Biz, həmçinin Estoniya iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoyulması imkanlarını nəzərdən keçiririk”.

Estoniyada min nəfərə yaxın həmyerlimizin yaşadığını deyən səfir diasporumuzun aktiv fəaliyyət göstərdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR