Təhsil naziri Abşeron rayonunda və Sumqayıt şəhərində yaşayan vətəndaşları qəbul edib - FOTO

Təhsil naziri Abşeron rayonunda və Sumqayıt şəhərində yaşayan vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 14 iyul 2014 16:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov Abşeron rayonunda və Sumqayıt şəhərində yaşayan vətəndaşları qəbul edib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Xırdalan şəhərindəki Mədəniyyət Mərkəzində keçirilən qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, xaricdə təhsil və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda 57 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR