OPEC: İranın neft hasilatı azalıb

OPEC: İranın neft hasilatı azalıb
# 11 aprel 2013 11:22 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranın neft hasilatı azalıb. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) yaydığı aylıq hesabatda bildirilir.

Sənəddə deyilir ki, bu ilin mart ayında İranın gündəlik neft hasilatı 2 mln. 675 min barel olub. Bu da fevral ayı ilə müqayisədə 49 min barel azdır.

Qeyd edək ki, İranın neft hasilatı 2012-ci ildə 2 mln. 742 min barel olub. Bu da 2011-ci illə müqayisədə 890 min barel azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR