Rosen Plevneliyev: Bolqarıstan Azərbaycan təbii qazını alacaq

Rosen Plevneliyev: Bolqarıstan Azərbaycan təbii qazını alacaq
# 29 avqust 2014 13:05 (UTC +04:00)

APA-Economics” xəbərinə görə, bu barədə Bolqarıstanın rəhbəri Rosen Plevneliyev Türkiyənin “Anadolu” xəbər agentliyinə bildirib.

Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin əhəmiyyətindən danışan dövlət başçısı qeyd edib ki, “Şahdəniz” qaz-kondensat yatağından hasil ediləcək Azərbaycan təbii qazı bütün Avropa ölkələri üçün çox önəmlidir.

R. Plevneliyev bildirib ki, sentyabrın 23-24-də Bakıda Azərbaycan, Türkiyə, Yunanıstan və digər ölkələrin dövlət başçılarının görüşü keçiriləcək: “Bu görüşdə Azərbaycan qazının Cənubi Avropaya, həmçinin Bolqarıstana nəqli müzakirə olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR