Bakıda jurnalistlərin Rusiya hərbi gəmilərinə ekskursiyası təşkil edilib - FOTOSESSİYA - VİDEO

Bakıda jurnalistlərin Rusiya hərbi gəmilərinə ekskursiyası təşkil edilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 18 oktyabr 2014 15:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Azərbaycan Müdafiə Nazirliyi Bakı buxtasında olan Rusiya Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinə jurnalistlərin ekskursiyasını təşkil edib.

APA-nın məlumatına görə, jurnalistlərə gəmilərin hərbi-texniki göstəriciləri barədə məlumat verilib.

"Dağıstan" böyük raket gözətçi gəmisi 2012-ci ildə, "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmisi isə 2013-cü ildə silahlanmaya qəbul edilib. "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin hərbi-texniki göstəricilərinə görə “Tatarıstan” gəmisi ilə birlikdə Xəzər dənizində ən güclü hərbi gəmilər olduğu bildirilib. Bu gəmilərdə qurulan raketlər yerüstü hədəfləri 2 min km, dənizdəki hədəfləri 500 km məsafədə məhv etməyə qadirdir. Müasir texnologiya ilə təchiz edilən gəmilər radarlarda görünmür.

Qeyd edək ki, "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmiləri oktyabrın 16-da Bakıya rəsmi səfərə gəlib. Səfər oktyabrın 19-da başa çatacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR