Polşa hökuməti 2013-2014-cü tədris ili üçün gənc alimlərə təqaüd təklif edir

Polşa hökuməti 2013-2014-cü tədris ili üçün gənc alimlərə təqaüd təklif edir
# 01 fevral 2013 14:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Polşa Respublikası hökuməti 2013-2014-cü tədris ili üçün gənc alimlərə təqaüd təklif edir. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təqaüd 1 il ərzində fərdi tədqiqatlar şəklində elmi təcrübənin həyata keçirilməsi üçün verilir. Öz elmi nailiyyətlərini, yaxud təşkilati fəaliyyətini sübut edə bilən və qazanılan təcrübəni öz ölkələrində elmi yaxud ictimai həyatının müxtəlif sahələrində istifadə edə biləcək şəxslərə üstünlük veriləcək.

Yaşayış və yemək xərcləri fərdi olaraq təqaüdçülərin özləri tərəfindən ödənilir. Ərizələr və digər sənədlər cari ilin 1 mart tarixinə qədər Polşa Respublikasının Azərbaycandakı səfirliyinə təqdim olunmalıdır.

Bundan əlavə, Bruney hökuməti Bruney Darüssalam Universitetində, Sultan Şərif Əli İslam Universitetində və Bruney Texnologiya İnstitutunda 2013-2014-cü təhsil ili üçün bütün ali təhsil pillələri üzrə təqaüd proqramlarını təklif edir. Doldurulmuş ərizə formaları, müvafiq təhsil sənədlərinin təsdiq edilmiş surətləri ilə birlikdə 14 fevrala kimi Bruney Xarici İşlər və Ticarət Nazirliyinin Texniki Yardım Şöbəsinə təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR