“Qazax-Borçalı bölgəsinin xalçaçıları” adlı dərs vəsaiti nəşr olunub

“Qazax-Borçalı bölgəsinin xalçaçıları” adlı dərs vəsaiti nəşr olunub
# 16 mart 2015 08:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Qazax-Borçalı bölgəsinin xalçaçıları” adlı dərs vəsaiti nəşr olunub.

APA-nın məlumatına görə, “Azər-İlmə”nin rəhbəri, əməkdar incəsənət xadimi Vidadi Muradovun rəhbərliyi ilə reallaşan “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı elmi-tədqiqat layihəsi çərçivəsində hazırlanan və Təhsil Nazirliyində dərs vəsaiti kimi qeydiyyatdan keçmiş kitab Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb.

Dərs vəsaitində Azərbaycan xalçalarının Qazax-Borçalı qrupunun coğrafi sərhədlərinə müvafiq olaraq respublikanın Ağstafa, Qazax, Tovuz, həmçinin Gürcüstanın azərbaycanlılar yaşayan Bolnisi (Çörük Qəmərli), Dmanisi (Başkeçid), Tetri-Skaro (Ağbulaq), Zalqa (Barmaqsız), Marneuli (Sarvan) rayonlarının xalçaçıları, xalçaları, xalça tacirləri, boyaqçıları haqqında məlumatlar əhatə olunub.

Kitab-kataloq tarixçilər, etnoqraflar, sənətşünaslar, xalça mütəxəssisləri, ali və orta ixtisas məktəblərinin tələbələri üçün nəzərdə tutulub.

Nəşrin ön sözünün müəllifi və elmi redaktoru akademik Teymur Bünyadovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR