Bakıda ər həyat yoldaşına balta ilə xəsarət yetirib

Bakıda ər həyat yoldaşına balta ilə xəsarət yetirib
# 20 dekabr 2014 07:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ər həyat yoldaşını döyüb.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini, 43 yaşlı Mömünə Çerpanova həyat yoldaşı tərəfindən döyülüb. M. Çerpanova həkimlərə ərinin ona balta ilə xəsarət yetirdiyini deyib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya bildirilib ki, hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR