Azərbaycan beynəlxalq maliyyə institutları ilə birgə 41 layihə icra edir

Azərbaycan beynəlxalq maliyyə institutları ilə birgə 41 layihə icra edir
# 16 iyul 2014 11:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan hökumətinin 14 beynəlxalq maliyyə institutu ilə birgə əməkdaşlığı nəticəsində ümumi dəyəri 7,2 mlrd. ABŞ dolları olan 41 layihə icra olunur.

APA-Economics”in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bu layihələr nəqliyyat, su təchizatı və kanalizasiya, enerji, kənd təsərrüfatı, maliyyə, ekologiya və digər sahələri əhatə edir.

Nazir qeyd edib ki, ölkəmizin cari kredit portfelində Dünya Bankının payı 35%-ə, Asiya İnkişaf Bankının payı 16%-ə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı 10%-ə, İslam İnkişaf Bankının payı isə 6%-ə bərabərdir.

Ş.Mustafayev əlavə edib ki, Azərbaycan beynəlxalq donor təşkilatları ilə də fəal əməkdaşlıq edir. Hazırda 20 beynəlxalq donor təşkilatı ilə birlikdə idarəetmə, ədliyyə, kənd təsərrüfatı, regional inkişaf, nəqliyyat, su təchizatı və digər sahələrdə təqribən 200 mln. ABŞ dolları dəyərində 70 layihə icra olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR