Ötən ay Bakıda nəqliyyat vasitələrinin ən çox hərəkət etdiyi küçə və prospektlərin adları açıqlanıb

Ötən ay Bakıda nəqliyyat vasitələrinin ən çox hərəkət etdiyi küçə və prospektlərin adları açıqlanıb
# 11 dekabr 2014 12:52 (UTC +04:00)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı APA-nın sorğusuna cavabında bildirib ki, noyabr ayında orta hesablamalara gorə, gün ərzində paytaxt ərazisində nəqliyyat vasitələrinin ən çox sıxlığı Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, noyabr ayında Heydər Əliyev prospektində şərq istiqamətində 82813, qərb istiqamətində isə 76216, Tbilisi prospektində cənub istiqamətində 39606, şimal istiqamətində 47537, Neftçilər prospektində şərq istiqamətində 69569, qərb istiqamətində 43519, Azadlıq prospektində cənub istiqamətində 32814, şimal istiqamətində 30527, Rəşid Behbudov küçəsində şimal istiqamətində 40876, Həsən Əliyev küçəsində şərq istiqamətində 27284, qərb istiqamətində 24690, Abbasqulu Ağa Bakıxanov küçəsində isə şərq istiqamətində 41685, qərb istiqamətində 33650 nəqliyyat vasitəsi hərəkət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR