Seçki məntəqələrində təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr quraşdırılıb

Seçki məntəqələrində təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr quraşdırılıb
# 05 oktyabr 2015 08:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Seçki məntəqələri ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi prosesi başa çatıb.

Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinə əsasən dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanları və bələdiyyə qurumları səsvermə gününə azı 30 gün qalmış seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerləri müəyyənləşdirməlidirlər.

Milli Məclisə seçkilərlə əlaqədar bu proses oktyabrın 2-dək başa çatdırılıb. Azərbaycan üzrə bütün seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün 6 min ətrafında lövhələr yerləşdirilib. Lövhələr seçicilərin məlumatlarla asanlıqla tanış olmaları üçün əlverişli yerlərdə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR