Nəsimi RİH-də “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib - FOTO

Nəsimi RİH-də “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran  vəzifələr” mövzusunda müşavirə keçirilib - <span style="color: red;">FOTO
# 16 aprel 2015 12:54 (UTC +04:00)

Bakı – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi aprelin 16-da Nəsimi Rayon İcra Hakimiyyəti və Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Təhlükəsizlik Departamenti ilə birgə “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin, Birinci Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Nəsimi rayonunda Oyunların hazırlığı dövründə görülən işlər barəsində ətraflı məlumat vermiş, eləcə də rayonda geniş abadlıq və quruculuq işlərinin aparıldığını vurğulayıb.

FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr” mövzusundakı təqdimatında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təchizatı idarələri və s. müəssisələrin birgə mümkün fəaliyyətinin istiqamətləri və bu istiqamətlər üzrə aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən danışıb.

BAOƏK-in Təhlükəsizlik Departamentinin direktoru Piter Aşvin təqdimatla çıxış edərək Oyunların təşkili mərhələləri, eləcə də yarışlar zamanı ehtimal olunan potensial təhlükələr, onlara qarşı görülən qabaqlayıcı tədbirlərdən söz açıb.

Müzakirələrdə çıxış edən rayonun idarə və təşkilatlarının rəhbərləri aparılan hazırlıq işləri, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər.

Müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR