Ədliyyə naziri Fikrət Məmmədov Hindistanda səfərdədir

Ədliyyə naziri Fikrət Məmmədov Hindistanda səfərdədir
# 10 aprel 2013 14:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə Hindistanda səfərdədir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Məmmədov Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti kimi assosiasiyanın Nyu Dehlidə təşkil olunmuş İcraiyyə Komitəsinin iclasında iştirak edib.

İclasda korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın və bu sosial bəla ilə qlobal səviyyədə mübarizənin gücləndirilməsi, antikorrupsiya orqanları fəaliyyətinin daha mükəmməl əlaqələndirilməsi üçün təsirli mexanizmlərin tətbiqi, bu sahədə çevikliyin təmin olunması və digər aktual məsələlər müzakirə olunub, Assosiasiyanın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə tədbirlərə, o cümlədən ölkəmizin ekspertlərinin iştirakı ilə hazırlanıb IAACA-nın Strateji Proqramına baxılıb.

IAACA-nın vitse-prezidenti kimi Azərbaycanın ədliyyə naziri mühüm təşkilati məsələlərə dair əsas məruzəçi qismində çıxış edərək konkret təkliflər irəli sürülüb və müzakirələrin nəticəsi üzrə müvafiq qərarlar qəbul olunub.

Yığıncaq zamanı Hindistanın dövlət naziri V.Narayanasami, bu ölkənin əsas antikorrupsiya orqanı olan - Mərkəzi Sayıqlıq Komissiyanın sədri P.Kumar, bir sıra digər dövlətlərin ədliyyə, prokurorluq və s. hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlər keçirilib, ölkəmizdə həyata keçirilən qəti antikorrupsiya tədbirləri barədə məlumat verilib, əməkdaşlığa dair fikir və təcrübə mübadiləsi aparılıb.

Çinin Baş prokuroru, IAACA-nın Prezidenti Ç.Cianminq ilə keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin ardıcıl inkişafı, hüquqi əməkdaşlığın genişləndirilməsi vurğulanıb. Çinin Baş prokuroru dövlətimizin korrupsiya ilə mübarizəyə, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığa verdiyi diqqəti yüksək qiymətləndirərək Azərbaycanın IAACA-nın inkişafına göstərdiyi dəstəyi və dəyərli töhfələrini xüsusi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR