Azərbaycan bank sektorunun aktivləri azalıb

Azərbaycan bank sektorunun aktivləri azalıb
# 07 iyul 2015 15:02 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan bank sektorunun məcmu aktivləri iyun ayının 1-ə 29 mlrd. 67,2 mln. manat təşkil edib.

Mərkəzi Bankdan "APA-Economics"ə verilən xəbərə görə, may ayında bank sektorunun aktivləri 0,6% və ya 171,2 mln. manat azalıb.

İlin əvvəli ilə müqayisədə bank sektorunun aktivləri 15,4% və ya 3 mlrd. 884,7 mln. manat artıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə bu sektorun aktivləri 31,3% və ya 6 mlrd. 927,2 mln. manat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR